Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin, Sədərək Rayon Təhsil Şöbəsinin, Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbinin və Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi” günü ilə əlaqədar olaraq “Həmrəylik” devizi altında yoldaşlıq görüşü keçiriləcəkdir.
Sədərək və Yevlax Şahmat Məktəblərinin Şahmatçıları arasında 22 dekabr 2020-ci il tarixində saat 11:00 baş tutacaq görüş Lichess.org plartforması vasitəsilə keçiriləcək. Keçiriləcək görüşdə 16 yaş qrupundan, iki komandada 5 oğlan 3 qız iştirak edəcəkdir. Ümumilikdə isə 16 müxtəlif dərəcəli şahmatçı şagirdin iştirakı nəzərdə tutulub.
Yarışın yekun nəticələri Naxçıvan Şahmat Federasiyasının və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytlarında elan ediləcəkdir.