Azərbaycan Respublikası Dövlət Bayrağı Gününə həsr olunmuş Naxçıvan MR şahmat birinciliyinin Əsasnaməsi
Yarış 9-14 noyabr 2019-cu il tarixdə Naxçıvan Şahmat Mərkəzində keçiriləcək. Yarış 10 yaşadək oğlanlar, 10 yaşadək qızlar və 10 yaşdan yuxarı oğlanlar və 10 yaşdan yuxarı qızlar arasında keçiriləcəkdir. 7 turdan ibarət İsveçrə sistemi ilə keçiriləcək yarışda hər iştirakçıya oyunun sonuna qədər 1 saat 30 dəqiqə vaxt veriləcək.
Qeyd edək ki, Əsasnaməyə uyğun olaraq 8,10,12 və 14 yaşlı oğlanlar və 8,10,12 və 14 yaşlı qızlar arasında birinci yeri tutan şahmatçılar Azərbaycan Respublikası Təhsil İdman Mərkəzinin final yarışlarında iştirak edəcəklər.
Yarışın açılış mərasimi 9 noyabr saat 15:00-da baş tutacaq.