21 fevral 2019-cu il tarixdə Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Naxçıvan MR Şahmat Federasiyasının Babək Rayon Bölməsinin, Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə “5 Mart-Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş şahmat birinciliyi keçirilib. 

Rayon ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən birincilikdə hər komandada 2 qız, 2 oğlan olmaqla 52 zəka sahibi mübarizə aparıb. Birinciliyin sonunda I yerə Nehrəm kənd 1 nömrəli tam orta məktəbin komandası, II yerə Babək qəsəbə 2 nömrəli tam orta məktəbin komandası, III yerə isə Babək qəsəbə 2 nömrəli tam orta məktəbin komandası layiq görülüblər.