Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Fransanın "C’Chartres Échecs" şahmat klubunun birgə təşkilatçılığı ilə Azərbaycan-Fransa onlayn yoldaşlıq matçı keçiriləcək.
Söhbət Fransanın "C’Chartres Échecs" şahmat klubu ilə Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbinin və Naxçıvan Şahmat Federasiyasının yerli 16 yaşadək şahmatçıları arasında baş tutacaq yoldaşlıq oyunundan gedir. Dekabrın 19-da Bakı vaxtı ilə saat 17:30-da başlayacaq Azərbaycan-Fransa qarşılaşması Lichess.org şahmat platforması üzərindən baş tutacaq.
Komandalar 8 nəfərlik heyətdən ibarət olacaq.
Yarışı qrossmeysterimiz Namiq Quliyev aşağıdakı keçid vasitəsilə canlı olaraq şərh edəcək.