02.02.2021-ci tarixdə Culfa Rayon Uşaq-Gənclər Şahmat məktəbində Culfa rayon ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan MR Şahmat Federasiyasının Culfa rayon bölməsi və Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə təşkil olunmuşdur. Yarışda 22 nəfər gənc müəllim iştirak etmişdir. Tədbiri Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev giriş sözü ilə açaraq gəncləri 2 fevral “Gənclər günü” münasibətilə təbrik etmiş və çıxışında qeyd etmışdir ki, hər kəsə məlumdur ki, 2 feval Gənclər Günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 2 fevral 1996-cı il tarixində Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən savadlı və dünya görüşlü yeni nəsil yetişmişdir. Bu günkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğını dərin ehtiram hissi ilə xatırlayır.
Siz gənclərə gələcək həyatınızda və işlərinizdə uğurlar azrulayıram.


Yarışda Culfa şəhər 3 saylı tam orta məktəbin müəllimi İsmayılova Nərmin Ramiz qızı I yerə, Yaycı kənd 1 saylı tam orta məktəbin müəllimi İsmayılov Alim Yaşar oğlu II yerə, Culfa şəhər 3 saylı tam orta məktəbin müəllimi Cəlilova Aynurə Ələsgər qızı III yerə layiq görülmüşdür.

Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və kubokla təltif olunmuşlar.