Naxçıvan Muxtar Respublikası Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbi ilə İtaliyanın Roma şəhərinin Ostia Scacchi şahmat klubu arasında Yoldaşlıq görüşü keçiriləcək.
Turnir 2 dekabr saat 20:00-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yerli bölməsinin, Culfa rayon Uşaq Gənclər Şahmat məktəbinin və Roma Ostia Scacchi Şahmat klubunun birgə təşkilatçılığı ilə Lichess.org saytında onlayn keçiriləcək. Görüşdə hər şahmatçıya 5+3 dəqiqə vaxt veriləcək.
Turnirdə FM, IM və GM titullu şahmatçılar da iştirak edəcək.

Aşağıdakı keçid vasitəsilə qoşula bilərsiniz:
https://lichess.org/tournament/loLWguDq