4 Mart 2021-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində qadınlar arasında “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə şahmat yarışı keçirilmişdir.
Yarış Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Yarışda Culfa rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda işləyən 24 fəal gənc qadın və məktəbli qızlar iştirak etmişlər.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti Başçısının müavini Sara Hüseynova, Culfa Rayon Gənclər və İdman İdarəsinin Rəisi İsmayıl İmanov, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon Bölməsinin sədri, Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Ruslan Cəfərov “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə yarış iştirakçılarını təbrik etdilər.
Yarışın yekun nəticələrinə görə:
I yer-Babayeva Nigar
II yer-İsmayilova Nərmin
III yer-Əliyeva Səma
Sonda qaliblər və fərqlənən iştirakçılara təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr verilmişdir.