15 yanvar 2021-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində "20 Yanvar-Tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" devizi altında ümumtəhsil məktəblərinin 12 yaşadək oğlan və qız şagirdləri arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Yarış başlamazdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Təhsil şöbəsinin müdiri M.Əliyev cıxış edərək bildirdi ki, 20 Yanvar Azərbaycan tarixində Azərbaycanın istiqlal yolunun ilk zirvəsi,milli məfkurəsinin azadlıq istəyinin oyanış günüdür. Ümumilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuşdur.
Məktəbin direktoru V.Həsənov yarışın qaydaları haqqında məlumat verdikdən sonra yarışa start verilib.
Yarışda 36 şahmatçı iştirak etmişdir. Yarış İsveçrə sistemi ilə 7 turdan ibarət keçirilmişdir.
Yarışın yekun nəticələrinə əsasən:
Oğlanlar arasında:
I yer-Ağayev Əli
II yer-İbrahimov Adəm
III yer-Quliyev Mehman
Qızlar arasında:
I yer-Mikayılova Şənay
II yer-Həsənli Jalə
III yer-Hüseynova Sümeyra
Qaliblər təşkilatçılar tərəfindən diplom ilə təltif olunmuşdur.