Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin, Sədərək Rayon Təhsil Şöbəsinin, Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbinin, Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin və İzmir Deha Satranç Spor Kulübünün birgə təşkilatçılığı ilə “Dostluq Matçı Can Azərbaycan” devizi altında lichess.org vasitəsilə 26 dekabr 2020-ci il tarixdə saat 12:00-da yoldaşlıq görüşü keçiriləcəkdir.
Qeyd edek ki, görüş üç komandanın şagirdləri arasında keçiriləcək.

Keçirilən görüşdə hər komandada 12 şahmatçı, ümumilikdə isə 36 müxtəlif dərəcəli şahmatçı iştirak edəcəkdir.
1 saat 20 dəqiqə dəvam edən görüşün yekun nəticələri Naxçıvan Şahmat Federasiyasının, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Yevlax Şəhər Təhsil Şöbəsinin və İzmir Deha Satranc Kulübünün Rəsmi İnternet səhifələrində elan ediləcəkdir.