6 fevral 2019-cu il tarixdə Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş şahmat birinciliyinə start verilib.
Naxçıvan şəhər tam orta məktəblərinin I-IV sinif şagirdləri arasında keçirilən yarış şəxsi xarakter daşıyır. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin rəhbərlik etdiyi birincilikdə 17 tam orta məktəbin hər birində 3 qız, 3 oğlan olmaqla ümumilikdə 102 şagird iştirak edir.
Birinciliyin açılış mərasimində çıxış edənlər yarış haqqında şahmatçılara geniş məlumat verib və onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, yarış “İsveçrə” sistemi ilə 7 turdan ibarətdir və 3 gün davam edəcəkdir. Final oyunları 8 fevral 2019-cu il tarixdə keçiriləcəkdir