27-29 yanvar 2021-ci il tarixdə Ordubad rayon Uşaq Gənclər Şahmat məktəbində 8-10 yaşlı məktəblilərin şahmat üzrə rayon birinciliyi keçirilmişdir. Gərgin keçən yarışda 64 məktəbli iştirak etmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yerli rayon bölməsinin, Ordubad rayon Təhsil şöbəsinin, Ordubad rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə həyata keçirilmişdir.
8 yaşlı qızlar arasında Nəsirli Ləman, oğlanlar arasında isə Cəfərov Fuad, 10 yaşlı oğlan və qızlarda isə Bağırlı Camal və Babazadə Aynur 1-ci yerlərin qalibi olmuşdurlar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif olunmuşlar.