16 yanvar 2021-ci il tarixdə Ordubad rayon Uşaq Gənclər Şahmat məktəbində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Tempo" turniri keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Ordubad rayon bölməsi və Ordubad rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilmiş olan bu yarışda 52 şahmatçı iştirak etmişdir.

Sonda ilk 9 yerin qaliblərinə mükafatlar, fərqlənən şahmatçılara isə diplomlar təqdim olunmuşdur.