12 mart 2019-cu il tarixdə Ordubad rayon Şahmat məktəbində "Sağlamlıq imkanları məhdud uşaqlar" arasında Şahmat üzrə Ordubad rayon birinciliyi keçirilmişdir. Yarışın əvvəlində çıxış edənlər keçirilən yarışın mahiyyətini, sağlamlıq imkanları məhdud uşaqların daimi dövlət nəzarəti altında olduqlarını diqqətə çatdırmışlar, şahmatçılara uğurlar arzulamışlar. Gərgin mübarizə şəraitində keçən yarışda 24 şahmatçı arasından Sadiqli Səlim I, Quliyev Mehrac II, Quliyev Yusif III yerin qalibi olmuşdurlar.