9 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Şahbuz Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şahbuz rayon Uşaq Gənclər Şahmat məktəbində rayon ümumtəhsil məktəblərinin istedadlı şahmatçı şagirdləri arasında "Zəfər bizimdir, Qarabağ Azərbaycandır!" devizi altında şahmat üzrə tempo yarışı keçirildi. İsveçrə sistemi üzrə 7 turdan ibarət bu yarışda şagirdlər arasında sosial məsafə və gigiyenik qaydalar gözlənilməklə yarış başa çatdı.

Yekun nəticəyə görə qaliblər aşağıdakı kimi müəyyən edildi.
1-ci yer Əliyev Şahin
2- ci yer Yusifli Fatimə
3-cu yer Məhərrəmli Zamin
İlk 10 yeri tutan yarış iştirakçılarına pul mükafatları və yarış təşkilatçılarının diplomları təqdim olundu.