Təqvim planına əsasən 19 yanvar 2021-ci il tarixdə Şahbuz rayon Uşaq Gənclər Şahmat məktəbində Şahbuz Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Şahbuz rayon bölməsinin, Şahbuz rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş şahmat turniri keçirilmişdir. İsveçrə sistemi üzrə 5 turdan ibarət olan bu turnirdə rayonun ümumtəhsil məktəblərindən 28 şagird iştirak etmişdir. Yarişin nəticələrinə görə qaliblər aşağıdakı kimi müəyyən olunmuşdur:
1-ci yer İbrahimov Nicat
2-ci yer Yusifli Fatimə
3-cü yer Əliyev Şahin
Yarış qaliblərinə təşkilatçıların diplomları təqdim olunmuşdur.