08 fevral 2019-cu il tarixdə  Kəngərli və Şahbuz rayonlarının məktəbliləri arasında yoldaşlıq görüşü keçirilib.İki yaş qurupu üzrə keçirilən yarışda 35 şahmatçı iştirak edib. 8-12 yaşlı şahmatçılar arasında 1 və 2-ci yerlərə Şahbuz rayon 1 nömrəli tam orta məktəbin şagirdləri Zamin Məhərrəmov və Ayxan Məhərrəmli, 3-cü yerə isə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Yusif Günəşov layiq görülüblər.
12-16 yaş qurupunda Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Pərviz Rzayev qalib adını qazanıb. Şahbuz rayon 1 nömrəli tam orta məktəbin şagirdi Fərid Kərimli ikinci, Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Anar Cəfərli isə üçüncü olub.