5 mart 2021-ci il tarixdə Sədərək rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər Şahmat məktəbin birgə təşkilatçılığı ilə Sədərək rayon Uşaq Gənclər Şahmat məktəbində "5 mart Bədən tərbiyəsi" gününə həsr olunmuş məktəblilər arasında rayon birinciliyi keçirillib.
Keçirilən birincilikdə Təhsil Şöbəsinin, İdman İdarəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin 24 oğlan qız şagirdləri iştirak edib.
Birincilikdə çıxış edənlər 5 mart Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı şagirdlərə ətraflı məlumat verərək uğurlar arzulamışlar.
Yarış 5 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir.
Yekun nəticəyə əsasən oğlanlar arasında
I yerə Anar İbrahimzadə
II yerə Sənan Rzalı
III yerə isə Cəlil Zamanlı layiq görülüb.
Qızların mübarizəsindən isə qalib olaraq
I yerə Sərcan Dünyamalıyeva
II yerə Fatimə Kazımova
III yerə Firuzə Nağıyeva layiq görülmüşlər.
Qaliblər sonda təşkilatçıların diplom və dəyərli hədiyələri ilə mükafatlandırılıblar.