Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubleyinə həsr edilən yeniyetmə və gənclər arasında şahmatın tempo növü üzrə rayon birinciliyikeçirilib.
Tədbiri giriş sözü ilə açan Sədərək rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə gəncləri muxtar respublikanın 95 illik yubleyi ilə əlaqədar olaraq təbrik edib və uğurlar arzulayıb. 
Rayonun 4 orta məktəbindən 40 yeniyetmə və gəncin iştirak etdiyi yarışda qızlar arasında Qurbanova Nurgül, Cəlilova Zeynəb və Səfərli Sona qalib olublar. Oğlanlar arasında Hüseynov Gökhan, Qasımov Murad və Əlizadə Nicat hamıdan güclü olublar.