8 dekabr 2020-ci il tarixdə Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbində "Zərərli vərdişlərə yox deyək, sağlam olaq" devizi altında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi və Sədərək Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Tempo" turniri keçirilmişdir.
Yarışda ümumilikdə 18 şahmatçı iştirak edib. Turnirin sonunda qaliblər müəyyən olunmuşdur.
I yer – Gökan Hüseynov
II yer- Nurşən İbrahimzadə
III yer- Məhəmməd Bağırlı

Sonda ilk üçlük daxil olmaqla ümumi fərqlənən 9 şahmatçı təşkilatçılar tərəfindən pul və diplomlarla mükafatlandırılmışdır.