Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Sədərək Rayon Təhsil Şöbəsinin, Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbinin və İzmir Deha Satranç Spor Kulubunun birgə təşkilatçılığı ilə “Bir Millət İki Dövlət” devizi altında lichess.org vasitəsilə 19 dekabr 2020-ci il tarixdə saat 12:00-da yoldaşlıq görüşü keçiriləcəkdir.
Keçiriləcək görüşdə hər komandada 16 şahmatçının iştirakı nəzərdə tutulur. Görüş 1 saat 20 dəqiqə dəvam edəcəkdir.
Görüşün yekun nəticələri Şahmat Federasiyasının və Təhsil Nazirliyinin rəsmi saytında elan olunacaqdır.

https://lichess.org/tournament/vXuafxo7