09 Fevral 2019 -cu il tarixdə Şərur rayon şahmat məktəbində Şahmat Federasiyasının Şərur Rayon bölməsi ,Şərur Rayon Gənclər və İdiman idarəsininvə Təhsil şobəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş məktəblər arasında şahmat üzrə birincilik keçirilmişdir.Yarışın giriş sözü ilə Şərur Rayon İcra hakimiyyətinin Başçısının müavini Vüsalə Ağayeva açaraq yarış iştirakçılarına uğurlar arzulamışdır.Daha sonra yarışa start verilmişdir. 90 dan artıq məktəblinin iştirak etdiyi birincilikdə l yerə Vərməziyar kəkd tam orta məktəbinin komandası ,ll yerin qalibi Tumaslı kənd tam orta məktəbinkomandası ,lll yerə isə Şahmat məktəbin A qurub komandası laiq görülmüşdür.