29 yanvar 2021-ci il tarixdə Şərur rayon Şahmat məktəbində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Şərur rayon bölməsi, Şərur rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonlar arası Tempo yarışı təşkil olunmuşdur.
Yekun nəticəyə əsasən ümümi yarışda:
1-ci yerin qalibi Bayramov Ələddin
2-ci yerin qalibi Hüseyinzadə Əli
3-cü yerin qalibi İsmayılov Zaki olmuşdur.
14-yaşlarda qızlar arasında Yusifli Aysu, 12 yaşlarda Babayeva Mələk, 10 yaşlarda Rzayeva Sara, 8 yaşlarda Həsənova Duyğu 1-ci yerin qalibi olmuşlar.
14 yaşlı oğlanlar arasında Cəfərli Anar, 12 yaşlarda Seyidov Gürkan 1-ci yerin qalibi olmuşlar.
Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmışlar.