Evdə Qal Şahmat Oyna sloqanı altında internet üzərindən canlı yarışlarımız davam edir.

10 may saat 21:00-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr edilmiş internet üzərindən Azərbaycan Türkiyə Dostluq Görüşü keçiriləcək. 

Blitz turniri Naxçıvan Şahmat Federasiyasının, Mersinin Modern Şahmat Kulubunun, Antalyanın Çallı Spor şahmat klubunun, Konyaaltı Olbia Şahmat klubunun, Bakının Zirə Eko Park Şahmat klubunun, Grand Master Şahmat Klubunun, İstanbulun Galaksi Şahmat klubunun, Ankaranın DSİ Gənclik və İdman dərnəyinin və Hatayın Şah Şahmat Klubunun, şahmatçıları arasında Lichess portalında  keçiriləcəkdir.

Turnirdə iştirak üçün aşağıdakı linkdən istifadə edin.

https://lichess.org/tournament/SXyuqWe6