5 dekabr 2020-ci il tarixdə Ordubad rayon Uşaq Gənclər Şahmat məktəbində "Zərərli vərdişlərə yox deyək, sağlam olaq" devizi altında Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasının Ordubad rayon bölməsi, Ordubad rayon Təhsil Şöbəsi və Ordubad rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Tempo" turniri keçirilmişdir.

         Yarışda ümumilikdə 32 şahmatçı iştirak edib. Turnirin sonunda qaliblər müəyyən olunmuşdur.

I yer - Zaur Babayev

II yer- Rəcəb Abdullabəyli

III yer- Zərrin Məmmədli

        Sonda ilk üçlük daxil olmaqla ümumi fərqlənən 9 şahmatçı  təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.